"Mançester Yunayted" cəbhəsindən iddialı açıqlama

"Mançester Yunayted" cəbhəsindən iddialı açıqlama
DÜNYA FUTBOLU 10 Aprel 2019 / 12:15 3011
-  A +

"Messiyə qarşı oynamaq - bu, bizim istədiyimiz şeydir. Biz artıq Kriştiano Ronaldo, Kilian Mbappeyə qarşı oynamışıq".

Qol.az xəbər verir ki, bu sözləri "Mançester Yunayted"in müdafiəçisi Kris Smollinq deyib.

"Metro"ya açıqlamasında Çempionlar Liqasının 1/4 finalında bu gecə "Barselona" ilə keçiriləcək görüşdən danışan ingiltərəli futbolçu iddialı fikirlər səslənidirib: "Bu cür futbolçulara qarşı oynamaq xoşuma gəlir. Messiyə demək istəyirəm ki, onu gözləyirəm".

Qeyd edək ki, "Old Trafford"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Son xəbərlər