"Tottenhem"də məcburi əvəzetmə - Keyn zədələndi

"Tottenhem"də məcburi əvəzetmə - Keyn zədələndi
DÜNYA FUTBOLU 10 Aprel 2019 / 00:17 1848
-  A +

Çempionlar Liqasının 1/4 final mərhələsində hazırda davam edən "Tottenhem" - "Mançester Siti" oyununda meydan sahibləri ciddi itki ilə üzləşib.

Qol.az-ın məlumatına görə, London klubu kapitanı Harri Keyni itirib. Rəqib komandanın yarımmüdafiəçisi Fabian Delflə ikili mübarizədə ayağından xəsarət alan ingilis hücumçu görüşü davam etdirə bilməyib və 58-ci dəqiqədə Lukas Moura ilə əvəzlənib.

Qeyd edək ki, hazırda oyunda hesab açılmayıb.

Son xəbərlər