Sulşer Messi haqda – "Ronaldo və Mbappe ilə də qarşılaşmışıq"

Sulşer Messi haqda –  "Ronaldo və Mbappe ilə də qarşılaşmışıq"
DÜNYA FUTBOLU 9 Aprel 2019 / 20:00 3951
-  A +

"Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer Çempionlar Liqasının 1/4 finalında sabah qarşılaşacaqları “Barselona”nın lideri Lionel Messi haqda danışıb.

Qol.az  “BBC”yə istinadən xəbər verir ki, norveçli mütəxəsis daha əvvəl də dünyanın ən güclü hücumçularına qarşı oynadıqlarını xatırladıb:

“Dünyanın ən yaxşı oyunçularından birini dayandırmaq üçün planımız nədir? Biz bu mövsüm Kriştiano Ronaldonun çıxış etdiyi “Yuventus” və Kilian Mbappenin oynadığı PSJ-yə qarşı da mübarizə aparmışıq. Düzdür, Messi və Suares müdafiəçilərimizə gərginlik yaradacaq. Görək, öhdəsindən necə gələcəyik”.

Qeyd edək ki, aprelin 10u keçirləcək “MY” – “Barselona” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər