İngiltərə Premyer Liqasında 12-ci tura yekun vurulub.
Qol.az-ın məlumatına görə, turun mərkəzi oyununda “Mançester Siti” və “Mançester Yunayted” klubları üz-üzə gəliblər. 4 qolun vurulduğu Mançester derbisində sevinən tərəf Xosep Qvardiolanın komandası olub – 3:1. “Siti”nin qollarını David Silva (12-ci dəqiqə), Serxio Aquero (58) və İlkay Gündoğan (86) vurublar. “Mançester Yunayted”in yeganə qoluna isə 58-ci dəqiqədə penaltidən Antoni Marsyal imza atıb.
Çempionluğa iddialılardan “Çelsi” isə doğma meydanda xal itirib. “Zadəganlar” azarkeşləri önündə “Everton”un müqavimətini qıra bilməyib - 0:0.
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən “Arsenal” da turu xal itkisi ilə başa vurub. “Topçular” Londonda “Vulherhempton”la 1:1 hesablı heç-heçəyə razılaşıb.
Qeyd edək ki, “Mançester Yunayted” üzərindəki qələbədən sonra xallarının sayını 32-yə çatdıran “Mançester Siti” liderliyə yüksəlib. “Liverpul” 30 xalla 2-ci, mersisaydlılardan 2 xal az toplayan “Çelsi” isə 3-cüdür.
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!
20 yaşlı oyunçu dünyasını dəyişdi
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
UEFA-nın yenilənən reytinqi - Klublarımız neçəncidir?
Skaloni: "Fransa - İspaniya oyunu erkən finaldır"