"Barselona"dan gözlənilməz məğlubiyyət – "Nou Kamp"da
İspaniya La Liqasının 12-ci turunda doğma “Nou Kamp”da “Betis”i qəbul edən “Barselona” gözlənilmədən rəqibinə uduzub.
Qol.az-ın məlumatına görə, ilk hissədə 2 top fərqi ilə hesabda geriyə düşən kataloniyalılar 68-ci dəqiqədə Lionel Messinin penaltidən vurduğu qolla fərqi azaltsa da, az sonra qapısından 3-cü topu buraxıb. 79-cu dəqiqədə Arturo Vidal meydan sahiblərini ümidləndirsə də, onların sevinci cəmi 3 dəqiqə çəkib. “Betis” futbolçuları 4-cü rəqibi meydanın mərkəzinə dəvət edib. Görüşdə son nöqtəni isə Messi qoyub. Argentinalı hücumçunun vurduğu qol yekun hesabı müəyyənləşdirib – 3:4.
Qeyd edək ki, məğlubiyyətə baxmayaraq, 12 turdan sonra 24 xalı olan “Barselona” turnir cədvəlinə başçılıq edir. Hərəyə 23 xal toplayan “Atletiko” və “Alaves” isə 2-3-cü yerləri bölüşdürür.
İspaniya La Liqası, 12-ci tur
11 noyabr (bazar)
"Barselona" - "Betis" - 3:4
Qollar: Firpo, 20 (0:1), Xoakin, 34 (0:2), Messi, 68-pen (1:2), Lo Çelso, 71 (1:3), Vidal, 79 (2:3), Kanales, 83 (2:4), Messi, 90 (3:4)