“Vorskla”nın futbolçusu Aleksandr Çijov Avropa Liqasının qrup mərhələsininin 4-cü turunda “Qarabağ”a məğlub olduqları oyundan sonra Ukrayna mətbuatına müsahibə verib. Qol.az-ın məlumatına görə, 32 yaşlı müdafiəçi əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
"Gülünc qol buraxdıq. Bundan sonra vəziyyəti düzəltmək üçün bizə vaxt lazım idi. Ümumilikdə, pis futbol sərgiləmədik. Qol epizodları yaratdıq, amma istifadə edə bilmədik. Rəqibin qol fürsətləri yaxalamasına isə özümüz ərait yaratdıq".
- Demək olarmı ki, oyunun ədalətli nəticəsi heç-heçə idi?
- Hə, bəlkə də. Qol və ya qollar vura bilərdik. Rəqib standart vəziyyətdən fərqlənməyi bacardı.
- “Vorskla” rəqibin yüksək təzyiqinə hazır idimi?
- Bunu demək çətindir. Qısa və orta paslarla müdafiədən çıxmağa çalışdıq. Bu, mümkün olmadıqda isə topu hücumçulara çatdırmaq üçün uzun ötürmələrdən istifadə etdik.
- Bu məğlubiyyət “Vorskla”nı sındıra bilər?
- Belə olacağını düşünmürəm. Biz Avropa Liqasının dadını indi bildik. Bu, koandamız üçün yaxşı təcrübədir. Düşünürəm ki, bu matçdan sonra özümüzü toparlayıb, “Şaxtyor”la görüşə müsbət nəticə üçün çıxacağıq. “Qarabağ”a məğlubiyyət bizi komanda şəklində daha da birləşdirəcək. Çünki yaxşı kollektivimiz var.
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!
20 yaşlı oyunçu dünyasını dəyişdi
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
UEFA-nın yenilənən reytinqi - Klublarımız neçəncidir?
Skaloni: "Fransa - İspaniya oyunu erkən finaldır"
Kabo-Verde millisinin oyunçusundan maraqlı açıqlama