Türkiyə Futbol Federasiyası (TFF) Superliqanın son turunda keçirilən “Qalatasaray” – “Fənərbaxça” görüşündə (2:2) yaşananlarla bağlı qərar verib.
Qol.az-ın TFF-nin rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Qalatasaray”ın baş məşqçisi Fatih Terim hakimləri təhqir etdiyi və oyundan sonra açıqlamalarında etik qaydaları pozduğu üçün 7 oyunluq cəzalandırılıb və 65 min lirə cərimələnib.
Onun köməkçisi Hasan Şaş rəqib futbolçuya hücum çəkdiyi üçün 8 oyunluq cəzalanıb və 20 min 800 lirə cərimə olunub.
“Qalatasaray”ın dava-dalaşda iştirak edən oyunçularından Papa Alioune Ndiaye 5, Qarri Mendes Rodriges 3, Rayan Henk Donk 6 oyun cəza alıb.
“Fənərbaxça”dan isə Roberto Soldado Rillo 6, Jailson Markes Siqueyra 8 oyunluq cəzalandırılıb. Klub 12 min lirə cərimlənib.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”