ABŞ-ın “Di Si Yunayted” klubunun futbolçusu Ueyn Runi yenidən İngiltərə millisinə çağırılıb.
Qol.az-ın İngiltərə Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, yığmanın baş məşqçisi Qaret Sautqeyt ABŞ və Xorvatiya ilə keçiriləcək oyunlar üçün 33 yaşlı hücumçuya da dəvət göndərib.
Bununla da Runi iki ildən sonra millidə meydana çıxmaq imkanı qazanacaq.
İngiltərə millisində 119 oyuna 53 qol vuran Runi yığmanın tarixində ən yaxşı bombardirdi. O, sonuncu dəfə 2016-cı il noyabrın 11-də Şotlandiya ilə DÇ-2018-in seçmə oyununda (3:0) millinin heyətində meydana çıxıb.
Qeyd edək ki, İngiltərə millisi ABŞ-la noybarın 15-də yoxlama oyununda qüvvəsini sınayacaq, noyabrın 18-də isə Millətlər Liqasının 4-cü turunda Xorvatiyanı qəbul edəcək.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”