Millətlər Liqasında bu ay İtaliya və Polşa ilə qarşılaşacaq Portuqaliya millisinin heyəti açıqlanıb.
Qol.az-ın federasiyanın rəsmi Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, yığmaya 25 futbolçu dəvət alıb.
Komandanın kapitanı və lider Kriştiano Ronaldonun adı siyahıda yoxdur.
33 yaşlı hücumçu yeni komandası “Yuventus”a daha yaxşı uyğunlaşmaq üçün bu ilin sonuna qədər millidə çıxış etməyəcəyini açıqlasa da, sonradan oynamağa hazır olduğunu bildirmişdi.
Qapıçılar: Betu (“Göztəpə”), Klaudio Ramos (“Tondela”), Ruy Patrisiu (“Vulverhempton”)
Müdafiəçilər: Sedrik Soareş (“Southempton”), Joau Kanselu (“Yuventus”), Luiş Netu (“Zenit”), Joze Fonte (“Lill”), Mariu Ruy (“Napoli”), Pepe ( “Beşiktaş”), Rafael Gerreyro (“Borussiya” D), Ruben Diaş (“Benfika”)
Yarımmüdafiəçilər: Andre Qomeş (“Everton”), Bruno Fernandeş (“Sportinq”), Danilu Pereyra (“Portu”), Joau Mariu (“İnter”), Pissi (“Benfika”), Renatu Sanşeş (“Bavariya”), Ruben Neveş (“Vulverhempton”), Vilyam Karvalyu (“Betis”)
Hücumçular: Andre Silva (“Sevilya”), Bernardu Silva (“Mançester Siti”), Bruma (“Leptsiq”), Qonsalu Quedeş (“Valensiya”), Rafa Silva (“Benfika”), Antonio Eder (“Lokomotiv”)
Qeyd edək ki, Portuqaliya millisi noyabrın 17-də İtaliya, 3 gün sonra isə Polşa ilə qarşılaşacaq.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”