Umtitinin durumuna aydınlıq gəldi - "El Klassiko"nu buraxacaq

Umtitinin durumuna aydınlıq gəldi -  "El Klassiko"nu buraxacaq
DÜNYA FUTBOLU 1 Oktyabr 2018 / 16:58 2793
-  A +

"Barselona"nın zədəli futbolçusu Samuel Umtitinin durumuna aydınlıq gəlib.

Qol.az-ın "Mundo Deportivo"ya istinadən yaydığı xəbərə görə, diz bağları qırılan fransalı müdafiəçi ən azı 3 həftə meydana çıxa bilməyəcək. Onun La Liqada "Sevilya" və "Real", Çempionlar Liqasında isə "İnter"lə oyunu buraxacağı məlum olub.

Bu müddət ərzində zədəsi sağalmasa, Umtiti əməliyyat olunacaq. Bu halda isə futbolçu bir neçə ay meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Fransa millisinin üzvü bu mövsüm La Liqada geridə qalan 6 oyunun hər birində 90 dəqiqə meydanda olub.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...