Akinfeyev millidən getdi - "İki cəbhədə oynamaq çətindir"

Akinfeyev millidən getdi - "İki cəbhədə oynamaq çətindir"
DÜNYA FUTBOLU 1 Oktyabr 2018 / 14:25 1904
-  A +

Rusiya millisinin və SSKA-nın qapıçısı İqor Akinfeyev yığmadağı karyerasını bitirib.

Qol.az-ın xəbərinə görə, 32 yaşlı qolkiper qərarı ilə bağlı Moskva klubunun rəsmi saytına açıqlama verib.

O, həm millidə, həm də klubda daima oynamağın çətin olduğunu bildirib: "Hər bir tarixin başlanğıcı və sonu var. Bu da mənim millidəki tariximin məntiqi sonudur. Rusiya millisini kapitan kimi meydana çıxarmaq mənim üçün böyük şərəf idi. Ancaq ildən-ilə hər iki cəbhədə oynamaq daha çətin olur. Vaxtımın çoxu zədələrimin bərpa olunmasına gedir".

Qeyd edək ki, Akinfeyev 2004-cü ildən Rusiya yığmasında çıxış edirdi. Geridə qalan müddətdə 110 oyuna çıxan və qapısında 95 qol görən təcrübəli qapıçı ötən ildən millidə kapitanlıq sarğısını daşıyırdı

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner