“Napoli” Skudetto uğrunda əsas rəqibimizdir” - Alleqri

“Napoli” Skudetto uğrunda əsas rəqibimizdir” -  Alleqri
DÜNYA FUTBOLU 28 Sentyabr 2018 / 01:28 2047
-  A +

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “A” seriyasının 7-ci turunda “Napoli”yə qarşı keçirəcəkləri oyundan danışıb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis qarşıdakı matçı çempionluq uğrunda yarışan 2 komandanın mübarizəsi adlandırıb:

“Bu cür oyunlar çətin keçir. Ançelotti daim çalışdırdığı komandaya inam verir. “Napoli” Skudetto uğrunda əsas rəqibimizdir. Bu isə deməkdir ki, çempionluğa iddia edən 2 komanda üz-üzə gələcək. Lakin bu oyunun nəticəsi nəyisə ciddi şəkildə dəyişməyəcək. Mövsümün sonuna hələ çox var”.


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...