"Qarabağ” sabah Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında qarşılaşacağı BATE-ylə oyun üçün Belarusa yollanacaq.
Qol.az-ın Ağdam təmsilçisinin saytına istinadən yaydığı xəbərə görə, vacib oyunöncəsi klub prezidenti Abdulbari Gözəl bu gün komandanı ziyarət edib.
Son məşq öncəsi bazaya gələn klub rəhbəri ilk olaraq baş məşqçi Qurban Qurbanovla görüşüb. Komandanın son qarşılaşması, ümumiyyətlə cari mövsüm avrokubok perspektivləri haqqında danışılıb. Daha sonra A.Gözəl komanda ilə görüşüb. Çıxışında BATE ilə sonuncu qarşılaşmaya toxunan klub prezidenti məğlubiyyətə baxmayaraq komandaya inandığını, xüsusilə 2-ci hissədə "Qarabağ"ın oyunundan məmnun qaldığını bildirib.
Komandanın uzun illər Qurban Qurbanovun rəhbərliyi altında sabit çıxış etdiyini bildirən klub rəhbəri "Qarabağ"ın artıq Avropada və dünyada tanınan bir klub olduğunu bildirib. Nəinki futbolda, həyatda düzgün strategiyanın vacibliyini vurğulayaraq "Qarabağ"ın uğurlarını sabitlik, dürüstlük və ədalət prinsipləri üzərində qurulduğunu qeyd edib. Baş məşqçiyə, komandaya inamını nümayiş etdirən A.Gözəl Belarusda komandanın müvəfəqiyyət qazanacağına inandığını vurğulayıb. Sonda Abdulbari Gözəl komandaya uğurlar arzulayıb.
Yuxarı
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər
Musialanın səhhəti ilə bağlı mühüm detal üzə çıxdı
Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas
İsrail "Qalatasaray" azarkeşlərindən UEFA-ya şikayət etdi
“Tottenhem”də yeni müqavilə
"Real" PSV-ni belə darmadağın etdi - Video
İtaliya millisinin təklifini rədd etdiyini açıqladı
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Çempionlar Liqasında iki tarixi rekord
Amerika kuboku bu ölkədə keçiriləcək