“Çox yaxşı rəqiblə qarşılaşdıq. Öz futbolumuzu göstərə bilmədik. İlk yarım saatda oyuna biz nəzarət etdik. Amma İngiltərə künc zərbəsindən qol vurdu".
Qol.az-ın məlumatına görə, bu sözləri İsveç millisinin baş məşqçisi Yanne Andersson DÇ-2018-in 1/4 finalında İngiltərəyə 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Britinayaılılar çox yaxşı müdafiə olunurdular. Ən azı 3 qol şansımız oldu. Amma təəssüf ki, bunu reallaşdıra bilmədik. Buna baxmayaraq, İngiltərə qələbəyə layiq idi. Buna görə onlar dünya çempionatının yarımfinalına çıxdılar".
Y.Andersson İngiltərənin çempion olmağa layiq olduğunu söyləyib: "Çox yaxşı təşkil olunmuş komandadır. Onlara qarşı oynamaq çox çətindir. Sautqeyt və futbolçular ağıllı və güclüdürlər. İngiltərə ən azı finalda oynayacaq”.
Erve Renar istefa verdi
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı