“Qəbələ” – “Proqres”: hakimlər müəyyənləşdi
Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Proqres” (Lüksemburq) oyununun hakim təyinatları açıqlanıb.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı Moldovadan olan hakimlər idarə edəcək:
Baş hakim: Vyaçeslav Banari
Baş hakimin köməkçiləri: Vasili Ermischin, Dimitri Ciobanu
Dördüncü hakim: Andrey Kojakaru
(Hakimlər briqadası Moldovadandır)
Hakim-inspektor: İqor Pristovnik (Xorvatiya)
UEFA nümayəndəsi: Nikoloz Jgarkava (Gürcüstan)
Qeyd edək ki, iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 20.00-da başlayacaq.