"Qəbələ"nin yarımmüdafiəçisi Araz Abdullayev karyerasını yenidən Yunanıstan çempionatında davam etdirə bilər.
Qol.az-ın Yunanıstan mətbuatına istinadən yaydığı xəbərə görə, "Panionios" 27 yaşlı futbolçunun xidmətində maraqlıdır. Superliqa təmsilçisinin "Qəbələ"yə müəyyən təzminat ödəməklə millimizin üzvünü geri qaytarmaq istədiyi iddia olunur. Hətta Yunanıstan mətbuatı Arazın "Qəbələ" ilə danışıb, "Panionios"a keçmək üçün ortaq məxrəcə gəldiyini də yazıb.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında Kiprin "Anortosis" klubunda keçirən A. Abdullayev 2011-ci ilin dekabrından 2012-ci ilin fevralına qədər "Panionios"un formasını geyinib və bu komandanın heyətində 8 oyun keçirib.
Erve Renar istefa verdi
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı