“Qəbələ”nin 16 yaşadək futbolçularından ibarət komandasının baş məşqçisi Xaqani Məmmədov Qol.az-a müsahibə verib. Qarşıdakı hədəflərindən danışan veteran futbolçu Rusiyada davam edən dünya çempionatı haqda da fikirlərini açıqlayıb.
- “Səbail”dən ayrıldıqdan sonra “Qəbələ”yə üz tutdunuz. Artıq işə başlamısınız?
- “Qəbələ” mənə doğma komandadır. Ordan təklif gələn kimi fikirləşmədən qəbul etdim. Amma hələ işə başlamamışam. Çünki akademiya hələ avqustda yığılacaq.
- Futbolçu kimi Azərbaycanda özünüzü sübut etmisiniz. Bəs məşqçi kimi özünüzü hansı səviyyədə görürsünüz?
- Məşqçi kimi böyük komandalarda işləməyə çalışıram. Bunu isə öz işimlə sübut etmək istəyirəm.
- Qardaşınız Füzuli Məmmədov da sizin kimi futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başladı. Sanki o, məşqçi kimi sizdən 1 addım öndədi. Siz necə düşünürsünüz?
- Mən məşqçiliyə Fizulidən əvvəl başlamışam (gülür). Sualınızı başa düşdüm. Ancaq onun məndən öndə olduğunu düşünmürəm. Hərəmizin öz məşqçilik sirlərimiz var.
- Azərbaycanda yaxşı futbolçu olmaq asandı, yoxsa məşqçi?
- Tam başqa sahələrdir. Hərəsinin öz çətinlikləri var.
- Pro kateqoriyanız var?
- Yox. A kateqoriyasını yeni almışam. Pro kurslarına 2 ildən sonra gedə bilərəm.
- Az öncə özünüz də qeyd etdiniz ki, gələcəkdə böyük klublarda işləmək istəyirsiniz. Sizcə, 8 komandalı çempionatda bu, nə dərəcədə mümkündür?
- Əlbəttə, məqsədim böyük klublarda işləmək və milli komandanın baş məşqçisi olmaqdır. Ancaq 8 komandalı çempionatda işləmək çətindir.
- Neçə ildir “Qarabağ” Premyer Liqada asanlıqla çempion olur. Sizcə, rəqabətsiz çempionat və bölgələrdə futbolun olmaması Azərbaycan futbolu üçün hansı fəsadlar törədə bilər?
- Bölgələrdə Premyer Liqa təmsilçilərinin olmaması Azərbaycan futboluna böyük zərbədir. Amma nə etmək olar? Bunun üçün birinci sponsor tapılmalıdır. O, olmayandan sonra komanda da olmur. Elə çempionatın rəqabətsiz keçməsi də sponsorlarla bağlı olan bir məsələdir.
- Son olaraq, dünya çempionatı ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Dünya çempionatının bütün oyunlarını izləməyə çalışıram. Deyərdim ki, bu mundial çox maraqlı keçir. Bol qollu oyunlar, sürpriz nəticələr qeydə alınır.
Elnur SALAHOV
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı
Azərbaycandan ayrılıb Polşa klubuna keçdi
La Liqada 400-cü oyun
Mourinyonun toxunulmazları
Simiç tarixə belə düşdü
"Sumqayıt"ın xəsarət alan futbolçusuna ağır cəza
Avropa Liqasında 12 oyun
"Barselona" "Fənərbaxça"nın qapıçısını istəyir
Brahim Konate Kipr klubunda
“Sabah”ın qapıçısı Qazaxıstan millisinə çağırıldı
"Tvente" - “Qarabağ” oyunu bu kanalda
“Sabah”ın bombardiri: “Stadionu doldurun!” - Video
“Milan” Dieqo Moreyranı transfer etdi
“Səbail” – “Sakaryaspor” oyununda kütləvi dava olub
“Hapoel” - “Sabah” oyununun - Videoicmalı
“Bir həftə ərzində səhvlərimizi düzəltməliyik” - Dambrauskas
"Bakıda yaxşı oyun keçirəcəyik” - “Hapoel"in baş məşqçisi
“Barselona” 48-ci dəfə “Joan Qamper” kubokunu qazandı
Kamilo Duran dubl etdi, "Seltik" qalib gəldi
"Sabah" "Hapoel"ə məğlub oldu
"Zirə" və "Neftçi" qalib gəldi, "Sumqayıt" uduzdu
Stadionda meyit tapıldı
Qırmızı vərəqə ona baha başa gəldi
Premyer Liqadan getdi, ərəb klubuna keçdi