"Öz gələcəyimi "Qarabağ"da görmədim" - Deda

"Öz gələcəyimi "Qarabağ"da görmədim" - Deda
GÜNDƏM 28 İyun 2018 / 13:13 7326
-  A +

Mövsümün sonunda “Qarabağ”ın U-19 komandasından ayrılan Yaroslav Deda gedişinin səbəbini açıqlayıb.

Ukraynalı hücumçu Qol.az-a açıqlamasında bildirib ki, Ağdam klubunda qalmaqğı özü istəməyib:
“Artıq “Qarabağ”dan ayrılmışam. Bu komandada öz gələcəyimi görmədiyim üçün belə bir addım atdım. Onlar məni göndərmədilər, özüm getdim. Mənə “getmə, qal dedilər, demədilər”, bu haqda nəsə danışmaq istəmirəm. Artıq hər şey keçmişdə qaldı. Hər hansı şərhə ehtiyac duymuram”.

Qeyd edək ki, Deda ötən mövsümün əvvəlində komandaya cəlb olunmuşdu. “Qarabağ”ın UEFA Gənclər Liqasında bütün qollarını məhz Deda vurmuşdu.

Daha çox


Son xəbərlər