"Qarabağ"ın yeni transferi Abdulla Zubir peşəkar karyerasına futzalçı kimi başlayıb.
Qol.az-ın məlumatına görə, 1991-ci ildə Fransanın Lill şəhərində anadan olan Mərakeş əsilli yarımmüdafiəçi 6 yaşından futzalla məşğul olub. Fransanın aşağı yaş qrupları üzrə yığma komandalarının formasını geyinən Zubir Avropa çempionatında da iştirak edib.
26 yaşlı futbolçunun futzala olan sevgisi indi də davam edir. Zubir futzalın böyük futbolda ona çox kömək etdiyini düşünür: "Futzal oynamağın meydançada bir neçə müdafiəçinin əhatəsindən çıxmaqda mənə çox köməyi olur. Belədə təkbətək mübarizələrdə də rəqibi keçmək asanlaşır. Mən bu yolla topa nəzarət eməyi, ancaq öz oyunuma köklənməyi və zərbələr zamanı ayağımın bütün hissələrindən istifadə etməyə öyrəşmişəm. 11 yaşımdan futzalda hücumçu kimi oynayıram. Bu amil hələ də mənə kömək edir. Hərdən futbolda özümü futzaldakı oxşar vəziyyətlərdə tapıram. Amma futzal daha çətindir. Oyunçu nadir hallarda meydanda 3 dəqiqədən artıq qalır. Çünki futboldakı kimi bərpa olunmağa vaxt olmur".
Ancaq Zubirin futzaldan futbola keçidi elə də asan alınmayıb: "Futzal zalından sonra yaşıl meydana çıxanda topu tez-tez itirirdim. Topa sahibolma ilə bağlı problemlərim var idi. Oyunçuları necə keçəcəyimi, hədəfə necə düşəcəyimi bilmirdim. "Qrenobl"da məşqdən sonra bazada təkcə mən qalırdım. Məşqçi Olivye Saraqalya məni özü ilə saxlayırdı. Bu isə məni dəli edirdi, çünki hamı kimi mən də məşqdən sonra evə getmək istəyirdim. Əlavə məşqlərdə bu problemlərin üzərində işləyirdik. Müqavilə bağladıqdan sonra isə vəziyyət mənim üçün daha da çətinləşdi. Çünki hər şey çox tez baş vermişdi. Amma sonradan bütün problemlər aradan qalxdı".
Qeyd edək ki, "Qarabağ" dünən Zubirlə 2 illik müqavilə bağlayıb.
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı
Azərbaycandan ayrılıb Polşa klubuna keçdi
La Liqada 400-cü oyun
Mourinyonun toxunulmazları
Simiç tarixə belə düşdü
"Sumqayıt"ın xəsarət alan futbolçusuna ağır cəza
Avropa Liqasında 12 oyun
"Barselona" "Fənərbaxça"nın qapıçısını istəyir
Brahim Konate Kipr klubunda
“Sabah”ın qapıçısı Qazaxıstan millisinə çağırıldı
"Tvente" - “Qarabağ” oyunu bu kanalda
“Sabah”ın bombardiri: “Stadionu doldurun!” - Video
“Milan” Dieqo Moreyranı transfer etdi
“Səbail” – “Sakaryaspor” oyununda kütləvi dava olub
“Hapoel” - “Sabah” oyununun - Videoicmalı
“Bir həftə ərzində səhvlərimizi düzəltməliyik” - Dambrauskas
"Bakıda yaxşı oyun keçirəcəyik” - “Hapoel"in baş məşqçisi
“Barselona” 48-ci dəfə “Joan Qamper” kubokunu qazandı
Kamilo Duran dubl etdi, "Seltik" qalib gəldi
"Sabah" "Hapoel"ə məğlub oldu
"Zirə" və "Neftçi" qalib gəldi, "Sumqayıt" uduzdu
Stadionda meyit tapıldı
Qırmızı vərəqə ona baha başa gəldi
Premyer Liqadan getdi, ərəb klubuna keçdi