"Qarabağ" yeni transferi ilə müqavilə bağladı

"Qarabağ" yeni transferi ilə müqavilə bağladı
GÜNDƏM 26 İyun 2018 / 16:48 6965
-  A +

“Qarabağ” fransalı futbolçu Abdulla Zubirin transferini açıqlayıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı 26 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına Fransada 2011-ci ildə “Qrenobl” klubunda başlayan Zubir bir mövsüm sonra eyni ölkənin “İstr” klubuna keçib. 2013/14-cü illər mövsümünün ikinci yarısında icarə əsasında Şotlandiyanın “Hibernian” klubunda çıxış edib, daha sonra yenidən müqaviləylə məxsus olduğu “İstr” klubuna qayıdıb. 2015/16-ci illər mövsümündə Rumıniyanın “Petrolul” klubuna transfer olunub.

Daha sonra Fransanın “Lans” klubuna keçən fransalı yarımmüdafiəçi son iki mövsümü burada keçirib. 26 yaşlı transferimiz “Lans” formasıyla meydanda olduğu 70 oyunda 6 qol və 12 məhsuldar ötürməylə yadda qalıb.

Daha çox


Son xəbərlər