"Qarabağ"ın Avstriyada 2-ci heç-heçəsi
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ikinci yoxlama oyununa çıxıb.
Qol.az-ın xəbərinə görə, Qurban Qurbanovun komandası yerli “Vakker İnsbruk”la qarşılaşıb. Bakı vaxtı ilə saat 20:30-da başlayan matçda hesab açılmayıb.
Qeyd edək ki, son mövsümdə 1-ci divizionun qalibi olan “Vakker İnsbruk” Bundesliqaya vəsiqə qazanıb.
Xatırladaq ki, "Qarabağ" Avstriyada ilk yoxlama görüşündə "Ludoqorets"lə (Bolqarıstan) bərabərə qalıb - 1:1.