Messiyə yaraşmayan göstərici
Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatının 2-ci turunda Xorvatiya ilə keçirilən oyunda da komandasına kömək edə bilməyib.
Qol.az-ın xəbərinə görə, 30 yaşlı hücumçu böyük hesabla (0:3) uduzduqları matçda heç nə ilə yadda qalmayıb.
Komandanın lideri oyun ərzində qapıya yalnız bir zərbə endirə bilib. İlk turda İslaniya ilə keçirilən görüşdə (1:1) Messinin qapı istiqamətinə 11 zərbəsi olmuşdu. Lakin o, həmin oyunda nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalıb. Müqayisə üçün deyək ki, Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo artıq mundialda 4 qol vurub.
Qeyd edək ki, Argentina millisi qrupda son oyununu iyunun 26-da Nigeriyaya qarşı keçirəcək.