"Azərbaycanı belə udmaq son hədd deyil"

"Azərbaycanı belə udmaq son hədd deyil"
GÜNDƏM 6 İyun 2018 / 14:15 3970
-  A +

“Qazaxıstan yığmasının oyunundan yaxşı mənada şok keçirdim. Azərbaycana qalib gələcəyimizi gözləyirim. Amma bu qədər böyük fərqləmi?”

Qol.az-ın məlumatına görə, bu sözləri "Sports.kz"yə açıqlamasında Qazaxıstanın veteran futbolçusu Mixail Qurman yığmamızla keçirillən yoxlama oyunu haqda danışarkən deyib.

O, yığmamız üzərindəki 3:0 hesablı qələbəsini şərh edərkən Qazaxıstanın daha yaxşı nəticələr qazanacağına inandığını bildirib: “Stoilov yaxşı oyunçularımızın olduğumuzu sübut etdi, sadəcə onlarla işləmək lazımdır. Digər mütəxəssislər bunun əksini düşünürdülər. Stoilov fenomeni inam verdi. Millinin bütün oyunçuları qalıcı təcrübəyə malik deyil, ancaq onlar üçün yığma boş çağırış ola bilməz. Azərbaycan üzərində mükəmməl qələbə qazandılar. Məncə, Millətlər Liqasında uğurlu çıxış edə bilərik. Əsas odu ki, komanda dayanmasın. Azərbaycanı darmadağın etmək Qazaxıstan xalqı üçün son hədd deyil. Bu komanda sabah ən güclü yığmalardan birinə rəsmi matçda qalib gəlsə, təəccüblənməyin”.

Daha çox


Son xəbərlər