Emin Ağayev Premyer Liqamızda

Emin Ağayev Premyer Liqamızda
GÜNDƏM 29 May 2018 / 16:29 7983
-  A +

Azərbaycan millisinin sabiq üzvü Emin Ağayev "Səbail"də çalışa bilər.

Qol.az-ın məlumatına görə, 45 yaşlı mütəxəssis "Səbail"in baş məşqçisi Aftandil Hacıyevin köməkçisi ola bilər. Klubun mətbuat xidmətindən E.Ağayevlə danışıqlar apardıqlarını təsdiqləyiblər. “Amma təyinat hələ rəsmiləşməyib” – deyə mətbuat xidmətinin rəhbəri Törə Əhmədova bildirib.

Qeyd edək ki, 1994 – 2005-ci illərdə Azərbaycan millisinin şərəfini qoruyan E.Ağayev məşqçi kimi Rusiyanın "Dağdizel”, Tver "Volqa”sı və "Ximki”də çalışıb.

Daha çox


Son xəbərlər