"Çempionlar Liqasının finalında oynamaq ciddi uğurdur. Bu turnirin finalına qalmaq bir məşqçinin bacaracağı ən çətin nailliyətlərdən biridir. Məşqçi olaraq çoxlu hazırlaşmaq lazımdır. Amma əsas sakitliyi saxlamaqdır. Bundan əvvəl Çempionlar Liqasının final matçında daha çox emosional idim. Bu şans həyatda bir dəfə olur. Ən azı bunu sonradan hiss etdim. "Borussiya"nı çalışdırarkən finalda "Bavariya"ya qarşı fantastik oynadıq. O matçdan sonra bilirdim ki, bir daha belə şansım olacaq. Bu şansı mənə futbolçularım verdilər".
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının finalında "Real"la oyun öncəsi bugünkü mətbuat konfransında deyib.
O, rəqib komandanın baş məşqçisi Zinəddin Zidan haqda müsbət fikirlər səsləndirib: "Zidan dünya futbolunun beş ən yaxşı oyunçusundan biridir. O, "Real"la neçə dəfə Çempionlar Liqasının kubokunu qazanıb. Zidan əsl döyüşçüdür. Onunla futbolçu olduğumuz dönəmdə tez-tez qarşı-qarşıya gəlmirdik".
Y.Klopp bildirib ki, final matçında təcrübə çox önəmlidir: "Buna görə "Real" daha üstündür. Ancaq hər şey meydanda həll olunacaq. "Real" çox güclüdür, ancaq onlar hələ "Liverpul"la qarşılaşmayıblar.
Biz "Liverpul"uq. Bu cür matçlar qanımızda var. Böyük zəfərlərə öyrəşmişik.Səviyyə baxımından "Real"la rəqabət apara bilmərik. Ancaq taktika ilə səviyyə fərqini yox edə bilərik".
Alman mütəxəssis futbolçusu Məhəmməd Salah barədə də danışıb: "Salah bu mövsüm möhtəşəm idi. Onun Ronaldo və Messinin səviyyəsinə çıxıb-çıxmayacağı növbəti mövsüm bilinəcək. Bu, asan deyil. Əks təqdirdə, bu, iki futbolçunun yanında başqa oyunçular da olardı".
Y.Klopp onu da deyib ki, oyunçularının əksəriyyəti sabahkı matçdan əvvəl gərgin olacaqlar: "Amma bu normaldır. Çox məsuliyyətli oyundur. Amma bu, təkcə futbol matçıdır.
Finalda qələbə qazanmaq üçün hər bir komandanın bir az şansa ehtiyacı var. Bu, bizə də aididr. İstənilən sınağa hazır olmaq lazımdır".
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı
Azərbaycandan ayrılıb Polşa klubuna keçdi
La Liqada 400-cü oyun
Mourinyonun toxunulmazları
Simiç tarixə belə düşdü
"Sumqayıt"ın xəsarət alan futbolçusuna ağır cəza
"Barselona" "Fənərbaxça"nın qapıçısını istəyir
Brahim Konate Kipr klubunda
“Sabah”ın qapıçısı Qazaxıstan millisinə çağırıldı
"Tvente" - “Qarabağ” oyunu bu kanalda
“Sabah”ın bombardiri: “Stadionu doldurun!” - Video
“Milan” Dieqo Moreyranı transfer etdi
“Səbail” – “Sakaryaspor” oyununda kütləvi dava olub
“Hapoel” - “Sabah” oyununun - Videoicmalı
“Bir həftə ərzində səhvlərimizi düzəltməliyik” - Dambrauskas
"Bakıda yaxşı oyun keçirəcəyik” - “Hapoel"in baş məşqçisi
“Barselona” 48-ci dəfə “Joan Qamper” kubokunu qazandı
Kamilo Duran dubl etdi, "Seltik" qalib gəldi
"Sabah" "Hapoel"ə məğlub oldu
"Zirə" və "Neftçi" qalib gəldi, "Sumqayıt" uduzdu
Stadionda meyit tapıldı