20 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Rəşad Sadıqov Makedoniyanın müvafiq yaş qrupu üzrə yığması ilə 1:1 hesablı heç-heçə etdikləri yoxlama görüşündən sonra brifinq keçirib.
Qol.az-ın xəbərinə görə, 36 yaşlı məşqçi "Qarabağ"la bağlı məsələyə də toxunub.
- İki fərqli hissə oldu. İlk yarıda daha yaxşı oynayan, ikinci hissədə isə daha çox müdafiəyə fikir verən Azərbaycan millisi gördük.
- Müdafiəyə diqqət məcburiyyətdən irəli gəlirdi. Çünki rəqib sürəti artırmışdı. Əslində ikinci hissəyə də pis başlamamışdıq. Sadəcə, biz topa nəzarəti itirdikdən sonra rəqib daha böyük qüvvə ilə irəli atıldı və daha sürətlə çıxış etməyə başladı. Bu zaman daha çox müdafiə olunduq. Makedoniya yığması çox yaxşı komandadır. Bu kollektivi çox yaxşı tanıyıram. Rəqib olduğu üçün tərifləmək istəmirəm, amma hazırda Avropanın 10-15 yaxşı komandasından biridir. İsveçrə və Belçika üzərində qələbə ilə Avropa çempionatının elit-raunduna çıxdıqdan sonra İngiltərəni də yeniblər. Mən belə rəqibə qarşı oynamağı xoşlayıram. İstəyirəm ki, uşaqlar bərkisinlər və görsünlər ki, rəqib necə sürətli, səliqəli oynayır. Bizim üçün yaxşı sınaq oldu. Mən komandamızdan daha yaxşı oyun gözləyirəm və düşünürəm ki, uğur əldə etmək, yaxşı nəticə qazanmaq istəyiriksə, artırmalıyıq.
- Makedoniyanı daha əvvəl üz-üzə gəldiyiniz Gürcüstanla müqayisə edərdiniz...
- Fərqli rəqiblər idilər. Makedoniya daha sürətli, daha mobil komandadır. Amma yenə belə fikirdəyəm ki, bu gün daha yaxşı oynaya bilərdik.
- Yığmada milliləşdirilməyə ehtiyac varmı?
- Söhbət təkcə U-20-dən getmir. Ümumiyyətlə, yaxşı futbolçu olsa və Azərbaycan yığmasında oynamaq istəsə, milliləşmiş bir neçə oyunçudan yararlanmaqda problem görmürəm. Çünki bu gün buna ehtiyac var. 90 dəqiqə mübarizə aparırsan, bir səhv, bir boşluq hər şeyin üstündən xətt çəkir.
- Ötən oyunda da, bu dəfə də mərkəz müdafiəçilərinin səhvindən qol buraxdınız. Hər iki matçda müdafiəçilər eyni idilər. Əvəzləməyə oyunçu yox idi, yoxsa yenə eyni futbolçulara şans vermək istədiniz?
- Sırf mərkəz müdafiəçisinin səhvindən qol buraxdığımızı düşünmürəm. Çünki qol standart vəziyyətdən sonra vuruldu. Bu zaman hər bir futbolçu bir nəfəri güdürdü. Oturub analiz edəcəyik, görək, qol epizodunda hansı oyunçu rəqib futbolçunu gözləməli olduğu halda, səhvə yol verdi. Tapşırıq olmuşdu ki, standart vəziyyətlərə səbəb olan qayda pozuntusuna yol verməyək. Rəqibin "ikinci mərtəbə"də yaxşı oynadığını bilirdik. Amma yenə boşluq verdik. Hələ danışmaq üçün tezdir. Uşaqların beynəlxalq təcrübələri çox azdır. Vaxt lazımdır ki, get-gedə öz üzərlərində işləsinlər. Ondan sonra baxacağıq ki, kim yaxşıdır, kim bacardı, kim artırdı və ya artırmadı. Bir-iki oyunla hansısa qənaətə gəlmək istəmirəm. Futbolçularımın potensialına inanıram. Düşünürəm ki, öz üzərlərində işləsələr, onlardan yaxşı futbolçular çıxacaq.
- Anton Krivotsyuk "Neftçi"də sol cinahda çıxış edir. Onu stopper kimi meydana buraxmaqla, mərkəz müdafiəçisi mövqeyində yoxlamaq istəyirdiniz?
- Əvvəllər də qeyd etdiyim kimi, Krivotsyuku daha çox stopper kimi düşünürəm. Çünki bu mövqedə problemimiz var. Antonun boy-buxunu, soyuqqanlılığı, oyun tərzi var. Başla yaxşı oynayır, sürəti pis deyil. Mən onu bu mövqedə görürəm. Ola bilsin, hansısa oyunda solda da çıxış etsin.
- "Qarabağ"ı 9 futbolçu tərk etdi. Ən gözlənilməz gediş qapıçı İbrahim Şehiçin komandanı tərk etməsi oldu. Bu, nə ilə bağlı idi?
- Bu, Şehiçə gələn təkliflə bağlıdır. Sadəcə, artıq rəqabət aparmaq da olmur. "Qarabağ"ın öz uğuru özünə problemə çevrilib. Çempionlar Liqasında çıxış etdiklərindən, hamıya təkliflər var. Pul söhbəti deyil. Hamısı gözüyaşlı gedir. Deyirlər ki, getmək, ayrılmaq istəmirik, amma bu da həyatımızın şansıdır. Bu cür komandadan, belə ölkələrdən təklif gəlir. Heç birini qınamaq olmur. Çünki elə təkliflər gəlir ki, "yox" demək olmur. Özünüz də onun necə kluba gedəcəyini görəcəksiniz.
- Gedənlərin yerini doldurmaq çətin olmayacaq?
- Ötən dəfə də qeyd etdim ki, bizim üçün ən çətin transfer dövrü olacaq. Komandada yenilənmə gedəcək. Gedənlər kimi gələnlər də çox olacaq. Yeni gələnlərin hansı səviyyədə olacağı bilinmir. Ən çətin transfer dönəmi yaşayacağıq(Sportnet.az).
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı
Azərbaycandan ayrılıb Polşa klubuna keçdi
La Liqada 400-cü oyun
Mourinyonun toxunulmazları
Simiç tarixə belə düşdü
"Sumqayıt"ın xəsarət alan futbolçusuna ağır cəza
"Barselona" "Fənərbaxça"nın qapıçısını istəyir
Brahim Konate Kipr klubunda
“Sabah”ın qapıçısı Qazaxıstan millisinə çağırıldı
"Tvente" - “Qarabağ” oyunu bu kanalda
“Sabah”ın bombardiri: “Stadionu doldurun!” - Video
“Milan” Dieqo Moreyranı transfer etdi
“Səbail” – “Sakaryaspor” oyununda kütləvi dava olub
“Hapoel” - “Sabah” oyununun - Videoicmalı
“Bir həftə ərzində səhvlərimizi düzəltməliyik” - Dambrauskas
"Bakıda yaxşı oyun keçirəcəyik” - “Hapoel"in baş məşqçisi
“Barselona” 48-ci dəfə “Joan Qamper” kubokunu qazandı
Kamilo Duran dubl etdi, "Seltik" qalib gəldi
"Sabah" "Hapoel"ə məğlub oldu
"Zirə" və "Neftçi" qalib gəldi, "Sumqayıt" uduzdu
Stadionda meyit tapıldı