AFFA "Qarabağ" və "Keşlə"ni cərimələdi

AFFA "Qarabağ" və "Keşlə"ni cərimələdi
GÜNDƏM 8 May 2018 / 13:08 3659
-  A +

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Qol.az-ın federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, iclasda Topaz Premyer Liqanın 26-cı turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Qəbələ” – “Keşlə” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Qarabağ” – “Neftçi” matçında meydan sahibi komandanın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə ödəməli olacaq.

Daha çox


Son xəbərlər