Azərbaycan - Qırğızıstan: hakimlər bilindi

Azərbaycan - Qırğızıstan: hakimlər bilindi
GÜNDƏM 7 May 2018 / 14:50 4173
-  A +

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Qırğızıstan yoldaşlıq oyununa təyinatlar açıqlanıb.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, görüşü Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Ali Palabıyık olacaq. Ona Serkan Olquncan, İbrahim Çağlar Uyarcan və Alper Ulusoy (4-cü hakim) köməklik edəcəklər.

Qeyd edək ki, qarşılaşma 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər