"Səbail"in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 26-cı turunda "Zirə"yə evdə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, gənc mütəxəssis əvvəlcə matç haqda düşüncələrini bölüşüb.
- Havanın isti keçməsinə baxmayaraq, hər iki komanda yaxşı oynadı. Maraqlı futbol izlədik. Məğlub olmaq istəmirdik. Həm evdə oynayırdıq, həm də "Zirə" neçə oyundur udmurdu. Futbolda yaratdığın qol vəziyyətlərdən istifadə etmirsənsə, udmaq şansın azdır. Əlimizə düşən imkanlardan yararlanmadıq. Rəqib isə bizim səhvdən sonra qolunu vurdu, üstünlüyünü sonadək qorudu. Futbolçularımdan narazılığım yoxdur. Nələri vardısa, ortaya qoydular. Artıq nəsə tələb etmək olmur.
- Maraqlıdır ki, "Zirə" son qələbəsini məhz "Səbail" üzərində elə bu arenada 1:0 hesabı ilə qazanmışdı...
- Nə deyim, bu, futboldur, qismət belə imiş. Oyuna görə uduzmadıq. Qarşıda iki tur var. Həmin matçlara da yaxşı hazırlaşmalıyıq. Mövsümün sonudur, qızğın mübarizə gedir.
- Növbəti mövsümə heyəti müəyyənləşdirimisiniz?
- Kim daha hazırlıqlı və yaxşı formadadırsa, onlara şans verməyə çalışırıq. Növbəti mövsümə hələ çox var. Bundan sonra rəhbərliklə müzakirələr aparıb, ona uyğun qərar verəcəyik. Müəyyən islahatlar aparacağıq. Deyə bilmərəm ki, gedənlər çox və ya az olacaq.
- İcarədə olan futbolçularınız var. Onların taleyi necə olacaq?
- Danışıqlar gedir. İstəyirik ki, bizdə icarədə oynayan futbolçuları saxlayaq.
- "Səbail"in çempionatda heç bir hədəfi qalmayıb. Komandanı oyunlara necə motivasiya edirsiniz?
- Futbolçuların çoxunun klubla müqavilələri bitir. Hər kəs istəyir ki, anlaşmasını uzatsın, yeni müqavilə şərtləri daha yaxşı olsun. Əlbəttə, indi motivasiya pik nöqtədə olmur. Futbolçularda yorğunluq var. Xüsusilə də psixoloji planda. İstəyirlər ki, tez istirahətə getsinlər. Çalışırıq ki, son oyunlarda da yaxşı mübarizə aparsınlar. Fikrimcə, bu baxımdan problem yoxdur.
- Qış fasiləsinədək olan "Səbail"i indiki komandayla necə müqayisə edərdiniz?
- Müqayisə etmək istəmirəm. O vaxt başqa sistem idi, indi başqa. Üstəlik, heyətdə dəyişiklər olub, yeni futbolçular gəlib. Yaxşı təcrübə qazandıq. Komandanı formalaşdırmaq üçün yaxşı yol qət etdik. İki turdan sonra gələcək planlarımız bilinəcək (sportnet.az).
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı
Azərbaycandan ayrılıb Polşa klubuna keçdi
La Liqada 400-cü oyun
Mourinyonun toxunulmazları
Simiç tarixə belə düşdü
"Sumqayıt"ın xəsarət alan futbolçusuna ağır cəza
"Barselona" "Fənərbaxça"nın qapıçısını istəyir
Brahim Konate Kipr klubunda
“Sabah”ın qapıçısı Qazaxıstan millisinə çağırıldı
"Tvente" - “Qarabağ” oyunu bu kanalda
“Sabah”ın bombardiri: “Stadionu doldurun!” - Video
“Milan” Dieqo Moreyranı transfer etdi
“Səbail” – “Sakaryaspor” oyununda kütləvi dava olub
“Hapoel” - “Sabah” oyununun - Videoicmalı
“Bir həftə ərzində səhvlərimizi düzəltməliyik” - Dambrauskas
"Bakıda yaxşı oyun keçirəcəyik” - “Hapoel"in baş məşqçisi
“Barselona” 48-ci dəfə “Joan Qamper” kubokunu qazandı
Kamilo Duran dubl etdi, "Seltik" qalib gəldi
"Sabah" "Hapoel"ə məğlub oldu
"Zirə" və "Neftçi" qalib gəldi, "Sumqayıt" uduzdu
Stadionda meyit tapıldı