UEFA-dan Simeoneyə sərt cəza

UEFA-dan Simeoneyə sərt cəza
GÜNDƏM 4 May 2018 / 21:49 5657
-  A +

UEFA İntizam Komitəsi "Atletiko"nun baş məşqçisi Dieqo Simeoneyə sərt cəza tətbiq edib.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna argentinalı mütəxəssisin Avropa Liqasının yarımfinalında "Arsenal"la ilk matçda hakimi təhqir etməsi səbəb olub. Bu səbəbdən o, 4 oyunluq Avrokuboklardan uzaqlaşdırılıb. D.Simeone həmçinin 10 min avro məbləğində cərimələnib.

Beləliklə, D.Simeone Avroliqanın finalında "Marsel"la matçda texniki zonada ola bilməyəcək.

Daha çox


Son xəbərlər