“Bu, finaldır, mənim Ronaldo ilə qarşıdurmam yox” - Salah

“Bu, finaldır, mənim Ronaldo ilə qarşıdurmam yox” -  Salah
GÜNDƏM 4 May 2018 / 00:00 5853
-  A +

“Liverpul”un aparıcı üzvü Məhəmməd Salah Çempionlar Liqasının finalı haqda danışıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, misirli futbolçu finalı Salah-Ronaldo qarşıdurması adlandıranlarla razılaşmayıb:

“Əla komandada çıxış edirəm. Heyətimizdə çox yaxşı futbolçular var. Biz kollektiv şəkildə finala yüksəlmişik. Ona görə də bu, finaldır, Salahla Ronaldonun qarşıdurması yox.

Anlayın, mən təklikdə qələbə qazana bilmərəm. Futbol komanda oyunudur. Əgər biz qol vururuqsa, deməli, bunda bütün kollektivin rolu var. Yox, rəqib fərqlənirsə, hamımız günahkarıq”.

Daha çox


Son xəbərlər