Dünən ABŞ-da keçirilən futbol üzrə dünya çempionatının püşkatma mərasimi tənqid edilib.
QOL.az xəbər verir ki, İngiltərə və Norveş milli komandalarının baş məşqçiləri - Tomas Tuhel və Ştole Solbakken mərasimin bədii hissəsinin uzun çəkməsindən narazılıqlarını ifadə ediblər.
İngislərin baş məşqçisi Tomas Tuhel BBC-yə deyib: “Bütün bunlar mənim çox xoşuma gəlmir. Bu qədər şouya ehtiyac yox idi. Mənim üçün vacib deyil, amma əlbəttə, böyük səhnə və möhtəşəm əyləncədir. Bu gün futbolda əsas olan artıq onun özü deyil. Əsas nümayiş və əyləncədir. Azarkeşlərimizin bizimlə qürur duymasını istəyirik və DÇ-2026-da mühüm rol oynamağı hədəfləyirik. Bu turnir çox insan üçün əyləncə və sevinc gətirir”.
İngiltərə millisi DÇ-2026-da L qrupunda Xorvatiya, Qana və Panama ilə mübarizə aparacaq.
Norveç millisinin baş məşqçisi Ştole Solbakken isə püşkatma mərasimi haqqında daha sərt danışıb. Onun sözlərini NRK yayıb:
“Bu, bir növ “eybəcərlərin şousu” kimi idi. Elə bil futbol kartları albomuna baxırsan – həm keçmiş ulduzlar, həm də indiki kumirlər oradadır. Keçmiş və indiki məşqçi əfsanələri, dünya çempionu oyunçular səhnədə idi. Demək lazımdır ki, kifayət qədər əyləncə vardı. Şükür ki, artıq qurtardı. ABŞ prezidenti Donald Trampa “Sülh mükafatı” verilməsi? Çox layiqdir (gülür)”.
Norveç yığması I qrupunda Seneqal, Fransa və pley-off qalibi (Boliviya/Surinam/İraq) ilə qarşılaşacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı