“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov Qol.az saytının suallarını cavablandırıb. Təcrübəli mütəxəssis müsahibəsində “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə səfər oyununu (1:1) dəyərləndirib.
- “Qarabağ” çətin Madrid səfərindən 1 xalla qayıtdı. Oyunla bağlı fikirlərinizi bilmək istərdik.
- “Qarabağ” dünən çox gözəl oyun göstərdi. Hətta komandamız sırf oyununa görə qalib gəlməli idi. Görünür, Simeone “Qarabağ”ı düzgün dəyərləndirməmişdi. Demirəm, Simeonedən ağıllıyam, yaxud da zəif məşqçidir. Sadəcə, rəqibi yaxşı analiz etməmişdi. “Atletiko” dünən Bakıdakı kimi oynadı. “Qarabağ” isə rəqibi yaxşı analiz edib, xalını qazandı.
- Sizcə, “Qarabağ”a qələbə qazanmaq üçün nə çatmadı?
- Hesab 1:0 olanda Şeydayevin ötürməsindən sonra Pedro Enrike topa toxuna bilsəydi, oyunun taleyi həll olunardı. “Qarabağ” topla “Atletiko”dan daha yaxşı oynadı. Birinci hissədə yerli azarkeşlər “Atletiko”nu fitə basırdı. “Qarabağ” top saxlayanda, “Atletiko” meydanda gəzinti ilə məşğul idi.
- Artıq komandamızın 2 xalı var. Çempionlar Liqasında mübarizəni davam etdirmək çətin görünür. Necə düşünürsünüz, qrup üçüncüsü olaraq, Avroliqanın “pley-off”una düşmək olar?
- Hər bir şey ola bilər. ÇL-də qalmaları bir az çətindi. Çünki “Roma” ilə “Çelsi”nin 7-8 xalları var. Yadınızdadırsa, “Qarabağ” bu turnirin qrup mərhələsinə düşəndə müsahibəmdə demişdim ki, komandamız bu rəqiblərin hər birinə qalib gələ bilər. Avropada oyunlara fikir verin, dünən “Barselona” “Olimpiakos”u, “Yuventus” “Sportinq”i uda bilmədi. Hər bir komandaya qalib gəlmək mümkündü. “Qarabağ” da topla yaxşı oynayan komandadı. İspan klubları ilə oyun üslubu, səviyyəsi eynidi. Amma İngiltərə, Almaniya, İtaliya kimi ölkələrin klubları ilə belə deyil. Qarşıda “Çelsi” ilə oyun var. İnanıram ki, bu rəqiblə oyundan da xal götürmək olar. “Atletiko”nun da “Çelsi” və “Roma” ilə çox çətin oyunları var. “Qarabağ” bir oyunda qalib gələ bilsə, Avroliqanın “pley-of”una çıxa biləcək. Çünki “Atletiko” hazırda psixoloji cəhətdən yaxşı durumda deyil. Hətta eşitdiyimə görə, Simeonenin komandadan getmək ehtimalı var. İnanmıram ki, “Atletiko” “Roma” və ya “Çelsi”yə qalib gələ bilsin.
Elnur SALAHOV
“Milan”dan darmadağın, “Bayer”dən 4 qol
"Trabzonspor"dan qələbə, Zamiqin komandasından heç-heçə
Vüsal İsgəndərlinin komandası xal itirdi
“Beşiktaş”ın hücumçusu qol vurdu, tənqid olundu
İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna göz dikdi
Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - Video
FİFA-nın vitse-prezidentindən İnfantinoya sərt mesaj
"Səbail", "Xankəndi" və "Şimal"dan qələbə
Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü
Elvin Cəfərquliyev fərdi fiziki məşqlərə başlayıb - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Danimarka millisinin sabiq baş məşqçisi vəfat etdi
Rafinya qayıtdı
Lautaro Martines zədələndi
Haaland ÇL-də Messiyə məxsus 2 rekordu yenilədi
İsmail Kartal: "Belə nəticə qəbulolunmazdır"
U-23 minifutbol millimiz dünya çempionatının pley-offunda
20 saniyəyə vurulan penaltinin biabırçı sonluğu - Video
“Sabah”ın futbolçusunun milliyə yolu açılırmı?
Bugünkü oyunları yayımlayacaq kanallar
A seriyası klubunda yeni baş məşqçi
Konfrans Liqasında Liqa mərhələsi başlayır
Mourinyo İspaniya Futbol Federasiyasını günahlandırdı
“Neftçi” klubu öz veteranlarına hörmət etmir” – Mircavadov
Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular
ÇL oyunu öncəsi möhtəşəm mənzərə - Şimal şəfəqi
Çempionlar Liqası tarixində hələ bu qədər qol vurulmamışdı
"Qarabağ" - "Neftçi" matçı ona tapşırıldı
Azərbaycan güləşçisi dünya çempionatının finalında
"Aston Villa" "Fənərbaxça"ya 6 qolu belə vurdu - Video
Avropa Liqasında 18 oyun
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
Riyad Mahrezin yeni klubu bilindi
“Sabah”ın qapıçısı Çempionlar Liqasında TOP-5-likdə
“Fənərbaxça” 0:6 hesablı məğlubiyyətə layiq deyildi” - Emeri
Arda Turanın Çempionlar Liqasında ilk zəfəri! - Video
“Sabah” 2-ci turu neçənci yerdə başa vurdu?
"Fənərbaxça" darmadağın oldu, PSJ və "Real"dan qələbə
Mbappe Messini geridə qoydu
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi