"Qarabağ" irəlilədi - UEFA-nın reytinqi

"Qarabağ" irəlilədi -  UEFA-nın reytinqi
ÖLKƏ FUTBOLU 1 Noyabr 2017 / 13:10 9243
-  A +

Çempionlar Liqasının dünənki oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, qrup mərhələsinin 4-cü turunda keçirilən 8 qarşılaşma siyahıda bəzi dəyişikliklərə səbəb olub.

İspaniyanın “Atletiko” klubu ilə səfərdə 1:1 hesablı heç-heçə edən "Qarabağ" aktivinə daha 1 xal artırıb. Xalını 20,500-ə çatdıran Ağdam təmsilçisi 1 pillə irəliləməyə də nail olub.

Hazırda Avropada 65-ci olan "Qarabağ" "Milan"dan bir pillə geri qalır, “İnter”, “Trabzonspor”, “Marsel”, “Vest Hem” kimi klubları qabaqlayır.

Siyahıya İspaniya “Real”ı başçılıq edir.

Qeyd edək ki, reytinq klubların avrokuboklarda son beş mövsümdəki göstəricilərinə əsasən hazırlanıb.

 

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner