“Bu haqda AFFA-nın rəsmi saytında məlumat verilib. Rəhbərliyin qərarı ilə, “Kəpəz”də uşaq-gənclər komandalarının inkişafını gücləndirmək, klubda çalışan məşqçilərin təhsil səviyyəsini yüksəltmək, idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə bu komandadan ayrıldım və yeni işə keçdim”.
Bu sözləri Qol.az saytına açıqlamasında Mikayıl Nərimanoğlu deyib.
“Kəpəz”in Müşahidə Şurasındakı işinə son verilən AFFA rəsmisi maliyyə yeyintisinə və klubdaxili çəkişmələrə görə komandadan uzaqlaşdırılması ilə bağlı çıxan xəbərlərə aydınlıq gətirib: “Hər şey araşdırılacaq. Burda nə var ki? Mən “Kəpəz”də maddi-məsul şəxs deyildim”.
M. Nərimanoğlu AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsindən ayrılmağına da münasibət bildirib. O deyib ki, bu təyinat öz təşəbbüsü ilə gerçəkləşib: “AFFA-da işimi öz razılığımla dəyişdim. Elxan müəllimlə danışdıq, xahiş elədim ki, belə bir vəzifə var, keçim ora. Bu da AFFA-nın iş sistemidi. Bir az da orada işləyək. Bundan sonra həmin vəzifədə olacam”.
Qeyd edək ki, “Kəpəz”in Müşahidə Şurasından geri çağırılan Nərimanoğlu AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsindən də ayrılıb. O, bundan sonra federasiyada müxtəlif komitələrdə koordinator vəzifəsində çalışacaq.
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi