Bu gün Topaz Premyer Liqada 9-cu tura yekun vurulub.
Qol.az-ın məlumatına görə, son oyun günündə turun mərkəzi matçı keçirilib.
Lider “Qarabağ” “Qəbələ”nin qonağı olub və 0:1 hesabı ilə uduzub. Bu, "Qarabağ"ın cari çempionatda ilk məğlubiyyəti olub. "Qəbələ" isə bu qələbə sayəsində əsas rəqibi "Qarabağ"la xal fərqini bərabərləşdirib. Amma Ağdam klubunun ehtiyatda bir oyunu da var.
Qeyd edək ki, komandalar arasında ilk dövrədə "Azərsun Arena"da keçirilən oyunda "Qarabağ" 2:1 hesablı qələbə qazanmışdı.
22 oktyabr (bazar)
18:30. “Qəbələ” – “Qarabağ” - 1:0
Qol: Asif Məmmədov, 8
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Rauf Cabbarov
Qəbələ şəhər stadionu
21 oktyabr (şənbə)
17:00. “Sumqayıt” – “Zirə” - 2:1
15:00. “Kəpəz” – “Neftçi” - 0:1
20 oktyabr (cümə)
“Səbail” – “İnter” - 1:0
|
"Arsenal"dan getdi
Zinçenko klubsuz qaldı
“Neftçi”nin 4 rəqibi
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"