"Qarabağ" yaxşı keyfiyyətlərə malikdir" - De Rossi

"Qarabağ" yaxşı keyfiyyətlərə malikdir" -  De Rossi
GÜNDƏM 25 Avqust 2017 / 14:27 7433
-  A +

“Antonio Konte və Dieqo Simeone kimi məşqçilərin komandasına  qarşı oynamaq mükəmməldir. “Qarabağ” haqda isə geniş məlumatım yoxdu”.

Qol.az-ın məlumatına gör,  "Roma"nın kapitanı Daniele De Rossi İtaliya mətbuatına açıqlamasında deyib.

Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri haqda danışan 34 yaşlı yarımmüdafiəçi çətin qrupda yer aldıqlarını bildirib: “Ölüm qrupunda yer almışıq. Buna görə üzgünük. Amma  güclü, səviyyəli klublarla qarşılaşmaq yaxşıdır. Bu, bizi ruhlandırır, həvəsliyik. Azarkeşlərimiz əsl tamaşaya şahidlik edəcəklər”.

İtaliya millisinin üzvü “Qarabağ” haqda məlumatlarının az olduğunu qeyd edib: “Qarabağ” bizim üçün tanış rəqib deyil. Amma onlar qrup mərhələsində iştirak edirsə, deməli, yaxşı keyfiyyətlərə malikdirlər”.

Daha çox


Son xəbərlər