"Atletiko"dan "Qarabağ"a təbrik: "Bakıya qayıdacağımıza şadıq"

"Atletiko"dan "Qarabağ"a təbrik: "Bakıya qayıdacağımıza şadıq"
GÜNDƏM 25 Avqust 2017 / 13:20 7309
-  A +

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Atletiko” öz Tvitter səhifəsində Ağdam klubunu tarixi nailiyyət münasibəti  ilə təbrik edib.

Qol.az-ın Madrid təmsilçisinin Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, təbrik mesajında deyilir:

"İlk dəfə Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcəyiniz üçün sizi təbrik edirik. Biz Azərbaycanın paytaxtı Bakıya qayıdacağımızdan şadıq".

Xatırladaq ki, "Atletiko" "Bakı" klubu ilə əməkdaşlıq çərçivəsində 2013-cü ildə Bakıya gələrək paytaxt təmsilçisi ilə yoldaşlıq oyunu keçirib.

Daha çox


Son xəbərlər