"Tarixi oyunda qol vurmaq xoşbəxtlikdir" - Dino Ndlovu

"Tarixi oyunda qol vurmaq xoşbəxtlikdir" - Dino Ndlovu
GÜNDƏM 24 Avqust 2017 / 11:19 8722
-  A +

“Biz qrup mərhələsini arzu edirdik. Çox çətin oyun oldu".
 
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarbağ"ın hücumçusu Dino Ndlovu söyləyib. Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Kopenhagen” mübarizədən kənarlaşdırıb. Qurban Qurbanovun komandası bu gün səhər saatlarına ölkəmizə qayıdıb.
 
Hava limanında açıqlama verən Dino Ndlovu bildirib: "Azarkeşlər bizə inanırdı. Mənim üçün tarixi oyunda qol vurmaq böyük xoşbəxtlik oldu. Güclü komandalar qarşılaşmaq xoş olacaq".
 
Ndlovu "Qrup mərhələsində hansı rəqiblə qarşılaşmaq istəyərsiniz" sualına belə cavab verib: "Komandaların fərqi yoxdur. Hamısı güclüdür. Qrup mərhələsində əlimizdən gələni edəcəyik. Rəqiblər müəyyənləşmədiyi üçün şanslar barədə danışa bilmərəm. İndi fikrimizi ölkə çempionatına da cəmləməliyik. Mən "Qəbələ" ilə oyuna hazırlaşacam”.

Daha çox


Son xəbərlər
19.07.25  18:25

"Real"da qalır