Moldovanın Şerif” klubunun baş məşqçisi Roberto Bordin Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ"la ilk oyun öncəsi Bakıda mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, italiyalı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib.
- Bizi çətin oyun gözləyir. “Qarabağ”ın güclü rəqib olduğunu bilirik. Bununla belə, düşünürəm ki, maraqlı matç olacaq
- “Qarabağ”ı cütün favoriti saymaq olar?
- İlk oyunu evdə oynamağı “Qarabağ”ın üstünlüyüdür. Bakıda heç-heçə oynamaq də bizi qane edəcək.
- Rəqibiniz barədə nə deyə bilərsiniz?
- "Qarabağ" çox güclü komandadır. Topla oynamağı yaxşı bacarırlar. Oyunçuları fərdi şəkildə qeyd etmək istəməzdim.
- Rəqibə sürpriziniz var?
- Sürprizlər deyilmir. Bunu sabah görəcəyik (gülür).
- Bura gələn komandalar əsasən, havanın isti olmasından şikayətlənir. Siz necə, burdakı havadan razısınız?
- Tiraspolda da isti havada oynayırıq. Belə olsa, hər iki komanda üçün çətinlik yarada bilər. Bildiyimiz qədər sabah hava küləkli olmalıdır.
- Ölkə çempionatının sonuncu turunda heç-heçə etməyiniz bu matça mənfi təsir edəcək?
- Son dəqiqələrdə qol buraxdıq. Lakin bu “Qarabağ”la oyuna təsir göstərməyəcək.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub