“Hesab 2:0 olsa da, çox ağır oyun oldu. Belə çətin olacağını gözləyirdik”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin kapitanı Cavid Hüseynov Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Yagelloniya” ilə cavab oyununda (2:0) sonra klubun rəsmi saytına açıqlamasında deyib.
“Qəbələ”nin ikinci qolunda gözəl ötürmə ilə yadda qalan təcrübəli yarımmüdafiəçi qarşılaşmanı belə şərh edib: “Bilirdik ki, evdə güclü oynayan rəqib sürətli futbol göstərir. Azarkeşləri də bir dəqiqə dayanmadan matç boyu komandalarına dəstək verdi. Bizim üçün isə əsas nəticə idi. Oyunumuz o qədər ürəkaçan alınmasa da, qələbə qazandıq. Sevinirik ki, nəticə qazanıb, mərhələ keçdik. İkinci qoldakı assistentliyimə gəlincə, mən ötürmələr verməyi xoşlayıram. Çalışıram ki, belə imkanları qaçırmayım. Həmin epizodda Filipin göz işarəsini gördüm və dərhal ötürmə verdim. O da imkanı qaçırmayaraq qol vurdu".
Milli komandamızın üzvü növbəti rəqibləri “Panatinaikos” haqda da fikirlərini bildirib: “Bu komandayla əvvəl də qarşılaşmışıq. Amma mən həmin matçlarda olmamışam. Bizim üçün əsas bu mərhələ idi ki, onu da arxada qoyduq. İndi növbəti rəqibi təhlil edib, güclü və zəif tərəflərin öyrənəcəyik. Artıq hər bir komanda ilə oynamağa hazırıq və matçdan-matça artıracağıq. “Yagelloniya”dan tam hazır olmadığımız üçün bir az geri qalırdıq. Hazır olduğumuz vaxtda bu komanda ilə asanlıqla oynayardıq. Düşünürəm ki, növbəti matçlara da hazır olacağıq”.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels