“Meydanın durumunu məşq zamanı görəcəyəm. Amma stadion əla vəziyyətdədir. Hər şey yüksək səviyyədədir. Dərhal görünür ki, arena peşəkarlar tərəfindən inşa olunub. Şanslar haqda danışanda həmişə deyirəm ki, bizim 1 imkanımız varsa, bunun üçün mübarizə aparacağıq. Sabahkı görüşdə şansımızın birdən çox olduğunu düşünürəm".
Qol.az-ın "Qəbələ"nin saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının ikinci təsnifat mərhələsində səfərdə Polşa "Yagelloniya"sı ilə cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
" Polşaya səfər haqda danışmaq əhəmiyyət kəsb etmir. Oyundan əvvəl bir-iki gün öncə haqda danışmaq başqa cür başa düşülər. Hər şey qaydasındadır. Bəli, biz uzun yol qət etmişik. Biz sabah oynamağa hazırıq. Ümid edirəm ki, ilk oyundan sonra keçirdiyimiz 5 məşqin köməyi ilə komandamız daha yaxşı olub. Bunun nə qədər yaxşı olmasını isə sabahkı oyun göstərəcək. Bunu özüm də bilmədiyimdən daha artıq nə isə deməkdə çətinlik çəkirəm. Amma onu deyim ki, istənilən halda meydana çıxacaq heyətdəki oyunçular ilk dəfə eyni vaxtda meydanda olacaq. Bir neçə variantımız var. Lakin onların heç birini indiyədək sınaqdan çıxarmamışıq. Ona görə də özümüz üçün də maraqlı olacaq" - deyə o bildirib.
Ukraynalı mütəxəssisin sözlərinə görə, ilk oyunun nəticəsi onları qol vurmağa məcbur edir: "Lakin hesab başqa cür, məsələn 0:0 olsaydı da, biz hücuma, qol vurmağa köklənəcək və oyunumuzu buna uyğun quracaqdıq. Bizim istəyimiz ondan ibarətdir ki, hücum edək, qollar vuraq. Futbolu belə görürük. Nəticədən asılı olmayaraq, aqressiv, hücum futbolu oynamaq istəyirik. Bunun sabahkı oyunda evdəkindən daha yaxşı alınacağına ümid edirəm”.
Qeyd edək ki, "Yagelloniya" - "Qəbələ" görüşü sabah Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bu komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
"Qalatasaray" 3 xalı 3 qolla qazandı - Video