Zirə"nin baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Rumıniyanın "Astra" klubu ilə cavab oyunu öncəsi mətbuat konfransı keçirib. Qol.az-ın sport24.az-a istinadən yaydığı xəbərə, 36 yaşlı mütəxəssis "Dalğa Arena"da jurnalistlərin suallarını cavablandırıb.
- Bizi sabah çətin görüş gözləyir. Səfərdə istəmədiyimiz məğlubiyyəti aldıq.Sabah 2-ci 90 dəqiqədir. İnanıram ki, azarkeşlərimizin dəstəyi sayəsində komanda olaraq üzərimizə düşən vəzifənin öhdəsindən gələ bilərik.
- Komanda bu oyuna psixoloji baxımdan nə dərəcədə hazırdır?
- Bizə qol lazımdır, ancaq ilk dəqiqələrdən hücuma atılmaq da olmaz. Çünki qol buraxsaq, işimiz daha çətinləşəcək. Hələ "Astra" ilə ilk oyundan dərhal sonra futbolçularımıza dedim ki, ardıcıl iki çətin səfər matçı keçirdik. Onlara dedim ki, ruhdan düşməsinlər. İnanıram ki, həm təcrübəli futbolçularımız, həm də legionerlərrmiz qarşıdakı oyunda işimizə yarayacaqlar.
- "Astra" ilk oyunda "Zirə"ni standart vəziyyətlərdə məğlub etdi. Buna qarşı bir məlhəm varmı?
- Stardart vəziyyətlər üzərində çalışmışıq. Futbolçularımız səhvləri gördülər. Çalışacağıq ki, bunlar təkrarlanmasın. "Astra" səhvləri bağışlamır.
- Cavab oyununda taktiki planda yeniliklər olacaq?
- İndi rəqibi daha yaxşı tanıyırıq. "Astra"da heyətdə çox dəyişlik olub. Yoxlama oyunlarını analiz etsək də, bu, hər şeyi göstərmir. Rəqib bura gələnədək çempionatda qalib gəlib. Düzdür, bu oyunda bütün futbolçuları oynatmayıb. Bu da normaldır. Bu həftə taktiki məşqlər etmişik. Futbolçularımız bərpa olunub. Çalışacağıq ki, sonadək mübarizə aparaq.
- Start heyətini müəyyənləşdirmişsiniz?
- İki gündür müəyyənləşdirmişik. Bir-iki mövqe var ki, bizə maraqlıdır. Yəqin ki, start heyətində yanılmarıq.
- "Zirə" debütant olaraq missiyasını yerinə yetirdi. "Astra"nı keçməyi nə dərəcə real sayırsınız, yoxsa cavab matçı reytinqi artırmaq üçün daha önəmli olacaq?
- "Zirə" "Astra"nı keçmək gücündədir. Bu olmasaydı, etiraf edərdim. Avroap Liqası bizim üçün böyük təcrübədir. Gücümüz çatanadək turnridə irəliləyəcəyik. Bunu əvvəl də demişik. Məncə, "Astra"nı keçməyə gücümüz çatar.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
"Qalatasaray" 3 xalı 3 qolla qazandı - Video