"Təəssüf ki, bu gün məğlub olduq. İlk növbədə, azarkeşlərimiz üçün qələbə qazanmaq istəyirdik. Amma alınmadı. Çoxlu qol imkanlarımız da oldu. Ola bilsin, bəxtimiz də gətirmədi".
Qol.az-ın Gürcüstan mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Samtredia"nın kapitanı Georgi Datunaişvili Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə müsahibəsində deyib.
32 yaşlı oyunçu komandasının potensialının yüksək olduğunu bildirib: "Xatırlayıram, "Çixura"da çıxış etdiyim vaxt "Bursaspor"la oynamışdıq. Türkiyə təmsilçisi də "Qarabağ" kimi güclü komanda idi. Bizdən üstün oyun sərgiləməsinə baxmayaraq, qol vura bilmədilər. Penaltilər seriyasında isə "Çixura" daha dəqiq olaraq, mərhələ adladı. İndi biz də oxşar situasiya ilə qarşılaşmışdıq. Erkən qol şanslarından və çoxsaylı imkanlardan yararlana bilmədik. Bununla belə, hesab edirəm ki, "Qarabağ" bizdən güclüdür və rəqibi mərhələ adlaması münasibətilə təbrik edirəm".
G.Datunaişvili onu da deyib ki, ilk matçda 0:5 hesablı məğlubiyyətdən sonea futbolçularda özünəinamı itmişdi : İlk oyunda böyük hesabla uduzmasaydıq, bəlkə də, cavab qarşılaşması başqa cür olardı. Ümid edirəm ki, gələcəkdə çatışmazlıqları aradan qaldıracaq və daha uğurlu çıxış edəcəyik”.
Qeyd edək ki, "Qarabağ" iki oyunun nəticəsinə əsasən (5:0, 1:0) növbəti mərhələyə yüksəlib.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
"Qalatasaray" 3 xalı 3 qolla qazandı - Video
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi
Mahirin komandası yenə uduzdu