AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bu yay hakimklərin xaricdə təlim-məşq toplanışı keçirməmələrinin səbəblərinə aydınlıq gətirib.
Qol.az saytına açıqlamasında X.Məmmədov bildirib ki, builki hazırlıq planına uyğun olaraq yanvarın 11-dən 25-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olublar: “Ümumiyyətlə, ildə 2 dəfə mütləq ölkə xaricində hazırlıq keçməliyik deyə, bir öhdəlik və ya şərt yoxdur. Əvvəlki dövrlərdə də ildə 1 dəfə toplanışa getmişik. UEFA Hakimlər Konvensiyasına qoşulan Milli Assosiasiyalara 100 min avro məbləğində vəsait köçürür. Lakin həmin məbləğ təkcə toplanışların təşkili üçün nəzərdə tutulmur. Buraya hakimlər üçün geyim dəstləri, müvafiq avadanlıqlar, müxtəlif seminarlar, xarici dil kurslarının təşkili, tibbi müayinə və sair məsələlər daxildir”.
X.Məmmədovun sözlərinə görə, bu yay da xaricdə təlim-məşq toplanışının təşkili nəzərdə tutulmuşdu: “Toplanışın keçirilməsi üçün müxtəlif şirkətlərin irəli sürdüyü təklifləri araşdırdıq, lakin təəssüf ki, bizi qane edən şərtlərlə rastlaşmadıq. Eyni zamanda təlim məşq toplanışı üçün nəzərdə tutulan ölkədə toplanışda olan komandalar çempionatlarının startı ilə əlaqədar vətənlərinə qayıtmışdılar. Ona görə də oyunlar olmayan ölkədə toplanış keçirməyi məqbul hesab etmədik. Üstəlik, vaxt məhdudiyyəti olduğundan aviabiletlərin qiyməti də çox baha oldu. Hesab etmirəm ki, ölkədən kənarda toplanışa yollana bilməməyimizi dramatikləşdirməliyik. Azərbaycanı tərk etmədən də yaxşı hazırlıq keçmək mümkündür. Məsələn, 17 yaşadək futbolçulardan ibarət yığma komandamızın Avropa çempionatının seçmə mərhələsinə hazırlıq çərçivəsində növbəti təlim-məşq toplanışı Qax rayonunda təşkil olunacaq. Onu da qeyd edək ki, hakimlərin fiziki və nəzəri biliklərinin artırılması üçün bölgələrin birində təlim-məşq toplanışın keçirilməsi nəzərdə tutulub”.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
"Qalatasaray" 3 xalı 3 qolla qazandı - Video
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi
Mahirin komandası yenə uduzdu
“Neftçi” - “Sabah” matçında qalib aşkarlanmadı - Video
Yuri Vernidub: “1 xal da bizi qane edir”