UEFA-nın yeni reytinqi: Azərbaycan irəlilədi

UEFA-nın yeni reytinqi:  Azərbaycan irəlilədi
ÖLKƏ FUTBOLU 12 İyul 2017 / 13:51 9942
-  A +

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

Qol.az-ınyaydığı xəbərə görə, avrokubokların II təsnifat mərhələsinin ilk oyunlarından sonra siyahıda müəyyən dəyişiklik baş verib.

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın Gürcüstanın “Samtredia” klubuna 5:0 hesabı ilə qalib gəlməsi ölkəmizə 0.250 xal qazandırıb. Bununla da cari mövsüm toplanan xalımız 1,250-yə çatıb.

Son 5 mövsümün nəticələrinə görə 16,000 xalı olan Azərbaycan iki pillə irəliləyərək 21-ci yerə yüksəlib. Bolqarıstan və Belarusla eyni xala malik olan ölkəmiz əlavə göstəricilərdə onları qabaqlayıb. Azərbaycandan 1 pillə irəlidə - 20-ci yerdə olan İsrailin 17,125 xalı var. 

Qeyd edək ki, siyahıya 88,998 xalla İspaniya başçılıq edir.

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

topaz banner