"Çox əla transferdir" - Rəşad Sadıqov

"Çox əla transferdir" -  Rəşad Sadıqov
ÖLKƏ FUTBOLU 12 İyul 2017 / 01:29 10991
-  A +

“Sevindirici hesab oldu, amma təəsüflənirəm. Çünki zədələndim”.

Qol.az xəbər verir ki, bu sözləri “Samtredia” ilə oyundan sonra “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.

Təcrübəli futbolçu Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında 5:0 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, fiziki cəhətdən tam hazır olmadıqlarını bildirib: “Komanda yoldaşlarımı təbrik edirəm. Ağıllı oynadılar. Gücümüzü düzgün qiymətləndirdik. Fiziki cəhətdən tam hazır deyildik. Mövsümün ilk oyunu idi. Ancaq rəqibdə əksinə idi, onlarda mövsüm davam edir. Bizdən “diri” idilər. Hər şeyə baxmayaraq, bu gün yaxşı çıxış etdik”.

Sadıqov zədələndiyinə görə təəssüfləndiyini qeyd edib: “Zədələnməyim yaxşı olmadı. Təlim-məşq toplanışlarında sonra ilk oyunda zədələnmək psixoloji cəhətdən də zərbə vurur. Şimali İrlandiyaya məğlubiyyətdən sonra deyirdim ki, bu oyunlarda əhvalım düzələr. Amma zədələnməklə zərbə aldım. Futboldu, nə etmək olar. Zədəmin ciddi olub-olmadığı sabah bilinəcək”.

Matçın gedişində meydanı tərk edən kapitanı yeni transfer Yakub Jezniçak əvəzləyib. Sadıqov onun çıxışını belə dəyərləndirib:“Çox yaxşı oynadı. Onsuz da məşqlərdə özünü yaxşı göstərmişdi. Çox əla transferdir. “Qarabağ”a bu gün də və gələcəkdə də faydası çox dəyəcək. 15 il “Legiya” kimi komandada oynamaq və kapitanı olmaq asan iş deyil”.

Sadıqov cavab görüşündə nisbətən zəif heyətlə oynamaq fikrini yaxına buraxmayıb: “Elə şey ola bilməz. Bizim birlikdə oynamağa ehtiyacımız var. 90 dəqiqəni düşünməliyik. Çatışmayan cəhətlərimiz çoxdur. Oyundan-oyuna bunları aradan qaldırmalıyıq. Rəqib zəif deyil”.

Daha çox


Son xəbərlər