“Oyunumuzda problemlər var” - Maksim Medvedev

“Oyunumuzda problemlər var” -  Maksim Medvedev
ÖLKƏ FUTBOLU 12 İyul 2017 / 00:23 4313
-  A +

“Belə qələbəni biz də gözləmirdik. Rəqibi analiz edəndə görürdük ki, yaxşı komandadırlar və topla oynaya bilirlər. Bizə təhlükə yarada biləcək gücdə idilər. Əlimizdən gələni etdik ki, qol buraxmayaq. 5 qol vurduq, özümüz də sevinirdik”.

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın "Samtredia" klubunu 5:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra deyib.

Təcrübəli rəqibi yaxşı analiz etdiklərini bildirib: “Biz bunu gözləmirdik. Futboldu, istənilən hesab qeydə alına bilər. Rəqibi yaxşı analiz etmişdik. "Samtredia"nın qapımızda təhlükəli epizodu demək olar olmadı".

Medvedev "Qarabağ"ın oyununda problemlərin olduğunu söyləyib: "Bizim oyunumuzda problemlər var. Bunu azarkeşlər və siz görməyə bilərsiz. Amma yeni oyunçular və digər amillər var ki, oyunumuz tam oturuşmayıb. Kompakt deyilik. Gələb oyuna qədər güclənə biləcəyik".

Oyunun ilk hissəsində "Qarabağ"ın kapitanı Rəşad Sadıqov zədələnərək meydanı tərk edib və onun əvəzinə yeni transfer Yakub Yejniçak meydana daxil olub. Maksim polşalı transferin uğurlu debüt etdiyini söyləyib:  "Qapımıza bir o qədər hücum etmədilər. Yakub da oyuna girəndə etibarlı və səliqəli idi. Rəşadı layiqincə əvəzlədi. Heç kim gözləməzdi ki, kapitanımız zədələnsin. Amma yeni transfer onun yoxluğunda yaxşı oynadı".

Daha çox


Son xəbərlər