“Çox istəkli və aqressiv komandaya qarşı oynadıq. Həqiqətən də “Samtredia”dan belə oyun gözləmirdik”.
Qol.az-ın xəbərinə görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda “Samtredia”ya qalib gəldikləri oyundan (5:0) sonra keçirilən mətbuat konfransında deyib.
- Rəqib hesabdan asılı olmayaraq yaxşı mübarizə apardı. Oyuna çox gərgin başladıq və ilk hissə bizim üçün ağır oldu. Amma futbolçularımız sona qədər xarakter göstərdilər və güclərini ortaya qoya bildilər. Qələbədə azarkeşlərimizin də payı oldu. Fikrimiz cavab oyununda olacaq. Aradakı vaxtda çatışmazlıqlarımızı aradan qaldırmağa çalışacağıq. Səfər oyununda istənilən nəticə qeydə alına bilər”
- Yeni transferlərin oyunundan razı qaldınız?
- Hər ikisi təcrübəli futbolçudur. Bu gün desək ki, razı qaldım, ya yox, düz çıxmaz. Bir oyunla yeni futbolçuya dəyər verə bilmərik. Mövsüm boyu eyni tempdə olmalı və nəticə vermək üçün çalışmalıdırlar. Oyun intizamlarından razı qaldım. Necə danışmışdıqsa, elə də oynadılar. Yeni futbolçuların qoşulması ilə komandamızın oyun sistemi qaldı.
- Oyunun gedişində zədə alan Rəşad Sadıqovun durumu necədir?
- Sabah, ya da birisigün bilinəcək. Bir az dizində ağrılar hiss elədi. Düşünürəm ki, ciddi olmaz. 1-2 günə dəqiq bəlli olacaq.
- Bu heyətlə maksimum hədəfiniz nədir?
- Biz hər turnirdə maksimum nəticə əldə etməyə çalışırıq. Həmişə istəmişəm ki, əlimdə daha çox futbolçu olsun. Təkcə transferlərə görə yox, əlimizdə olan oyunçularla daha yaxşı nəticə əldə etməyə çalışacağıq. Çempionlar Liqasında zəif komanda yoxdur, çox ciddi turnirdir. Burda hər komanda öz ölkəsinin çempionudur. İstənilən oyunda istənilən nəticə baş verə bilər. Maksimum hədəfimizə gəlincə, Çempionlar Liqasında qrupa düşmək üçün mübarizə aparacağıq.
- Futbolçu ikən Gürcüstanda bir mövsüm “Mertsxali” klubunda oynamısınız. Ora gedəndə sabiq komanda yoldaşlarınızla görüşmək fikriniz varmı?
- Təəssüf ki, heç kim yadımda qalmayıb. Ünvanlarını da bilmirəm. Bu sualdan sonra yəqin ki, yadlarına düşərəm və yaxınlaşarlar. Çox istərdim ki, onlarla görüşüm. Amma görəndə tanıyaram. Həmin heyətlə maraqlanacam ki, kimlərlə görüşə bilərəm. 26 il az vaxt deyil. Ümid edirəm ki, sabiq komanda yoldaşlarımdan kimləsə görüşmək imkanım olacaq.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı