"Qəbələ"nin oyununda almaniyalı hakimlər

"Qəbələ"nin oyununda almaniyalı hakimlər
ÖLKƏ FUTBOLU 10 İyul 2017 / 13:10 2447
-  A +

Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Qəbələ" - "Yagelloniya" (Polşa) oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, görüşü almaniyalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Marko Fritz olacaq. Ona Holqer Henşel və Marsel Pelqrim köməklik edəcək Quido Vinkmann isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 13-də Bakıda 8-ci kilomtr qəsəbə stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

topaz banner